Qlobal hərbi xərclər ən yüksək həddə çatdı
Bizi izləyin

Dünya

Qlobal hərbi xərclər ən yüksək həddə çatdı

2023-cü ildə qlobal hərbi xərclər 1990-cı ildən bəri ən yüksək həddə çatıb və adambaşına orta hesabla 300 dollardan çox olub.

Bu barədə Publika.az Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadlaxəbər verir .

2022-ci illə müqayisədə hərbi xərclərin qlobal ÜDM-də payı 2,2%-dən 2,3%-ə yüksəlib. Adambaşına hesabladıqda isə 306 dollar təşkil edib.

Öz imkanlarına nisbətən ən böyük hərbi yük Yaxın Şərq (ÜDM-in 4,2%-i) və Avropa (ÜDM-in 2,8%-i) dövlətlərinin üzərinə düşür. Onları Afrika (1,9%), Asiya və Okeaniya (1,7%), Şimali və Cənubi Amerika (1,2%) ölkələri izləyir.

Pul ifadəsində bu rəqəm 2,443 trilyon dollara çatıb. Artım tendensiyası artıq doqquzuncu ildir ki, müşahidə olunur.

Mart ayında SIPRI silah ixracı ilə bağlı hesabat dərc edib. Bu siyahıda Rusiya üçüncü yerə düşüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm