İvanişvili Gürcüstan millisi ilə bağlı elə qərar verdi ki...
Bizi izləyin

İdman

İvanişvili Gürcüstan millisi ilə bağlı elə qərar verdi ki...

“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Avro-2024-ün 1/8 final mərhələsinə vəsiqə qazandığı üçün futbol üzrə Gürcüstan milli komandasına 30 milyon lari (təxminən 10 milyon avro) bağışlayacaq.

Publika.az xəbər verir ki, bu barədə 1tv.ge telekanalı məlumat yayıb.

İvanişvilinin təşəbbüsü ilə komanda 1/8 finalda qalib gəlsə, daha 30 milyon lari qazanacaq.

Qeyd edək ki, F qrupunun turnir cədvəlində Portuqaliya 6 xal toplayıb və birinci yeri tutub. Türkiyə də 6 xal toplayaraq ikinci yerdədir . Gürcüstan 4 xalla üçüncü yeri tutub. Çexiya 1 xal toplayaraq sonuncu yeri tutub və turnirdən kənarlaşdırılıb.

Qrup mərhələsinin son turunda keçirilən Portuqaliya - Gürcüstan görüşü 2:0 hesabı ilə gürcülərin xeyrinə başa çatıb. Artıq görüşün ikinci dəqiqəsində Xviça Kvaratsxeliya hesabı açıb. İkinci hissənin əvvəlində Georges Mikautadze penaltini dəqiq yerinə yetirərək görüşün yekun hesabını təyin edib.

İspaniya - Gürcüstan oyunu iyunun 30-da keçiriləcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm