O, baş nazir olsa, Fransa Ukraynanın əlindən çıxacaq
Bizi izləyin

Dünya

O, baş nazir olsa, Fransa Ukraynanın əlindən çıxacaq

Fransanın sağçı “Milli Birlik” Partiyasının lideri, növbədənkənar parlament seçkiləri öncəsi reytinqlərdə öndə olan Jordan Bardella baş nazir təyin olunacağı təqdirdə Ukraynaya qoşun yeritməyəcəyinə söz verib.

Publika.az xəbər verir ki, o, bu barədə "France 2" telekanalında baş tutan debatda bildirib.

“Sabah baş nazir postunu tutsam, Fransa əsgərləri Ukrayna ərazisinə göndərilməyəcək”, - deyib. Bardella həmçinin vurğulayıb ki, qoşunların göndərilməsi Fransanı münaqişənin tərəfinə çevirəcək.

Onun sözlərinə görə, bir çox Avropa dövlətləri buna qarşıdır: “Bir çox Avropa ölkələri öz əsgərlərinin Ukraynaya göndərilməsini istəmir".

Bardella deyib ki, o, "nüvə gücü olan" Rusiya Federasiyası ilə münasibətlərin gərginləşməsindən qaçmaq niyyətindədir.

“Ona görə də mən Kiyevə Rusiya ərazisini vurmaq üçün istifadə oluna bilən uzaqmənzilli raketlərin verilməsinin əleyhinəyəm”, - deyə siyasətçi bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm