Rusiya və Çin hərbi gəmiləri birgə hərəkətə keçdi: Yaponiya bəyanat yaydı
Bizi izləyin

Dünya

Rusiya və Çin hərbi gəmiləri birgə hərəkətə keçdi: Yaponiya bəyanat yaydı

Rusiya və Çin donanmasının gəmilərinin Yaponiyanın cənub-qərbindəki Osumi boğazından keçdiyi bildirilib.

Publika.az xəbər verir ki, iki Rusiya və iki Çin donanmasının gəmisi Kaqoşima prefekturasının cənub-qərbindəki Kusaqaki adasının 40 kilometr şərqinə yaxınlaşıb.

Osumi boğazından keçən hərbi gəmilər Sakit okeana doğru istiqamət alıb. Rusiya və Çin donanma gəmilərinin sözügedən bölgədən birlikdə keçdiyi üçüncü dəfədir ki, müşahidə edilir.

Ərazidən keçən birgə keçidlərdən birincisi 2021-ci ilin oktyabrında, ikincisi isə 2022-ci ilin sentyabrında baş tutub.

Məlumat verilib ki, Müdafiə Nazirliyinin bölmələri bölgədəki xarici qüvvələrin fəaliyyətini diqqətlə izləyir. Milli mətbuatda Rusiya və Çin gəmilərinin birgə patrul xidməti həyata keçirmək üçün bölgədə üzəcəyi bildirilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm