HƏMAS komandiri öldürüldü
Bizi izləyin

Dünya

HƏMAS komandiri öldürüldü

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan “Al-Kassam” briqadaları İsrailin İordan çayının qərb sahilindəki Tulkarm şəhərində eyniadlı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, onlar həmçinin hava hücumu nəticəsində daha 7 döyüşçünün öldürüldüyünü bildiriblər.

Oktyabrın 4-də İsrailin Müdafiə Ordusu ölkənin Baş Təhlükəsizlik Xidməti ilə birlikdə HƏMAS-ın Tulkarmdakı qruplaşmasının rəhbəri Zahi Yasir əl-Razake Ufini öldürüb. İsrail ordusunun verdiyi məlumata görə, Fələstin “İslami cihad” hərəkatının yüksək vəzifəli üzvü Cit Raduan da hava hücumu nəticəsində həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm