Qürbətdəkilər Türkiyəyə 2 min avro vergi ödəyəcəklər? - Rəsmi açıqlama
Bizi izləyin

Dünya

Qürbətdəkilər Türkiyəyə 2 min avro vergi ödəyəcəklər? - Rəsmi açıqlama

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Abdullah Eren “Qürbətçilərin vətənə illik 2000 avro dəstək vergisi ödəyəcək” iddiası ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, məsələylə aydınlıq gətirən nazir təssüfləndiyini bildirib:

“Qəlbləri hər zaman Türkiyə ilə döyünən avropalı türk qardaşlarımıza qarşı bəzi sosial media hesablarında “qürbətçilər vətənə illik 2000 avro dəstək vergisi ödəyəcəklər” yalanının yayıldığını görəndə təəssüfləndik. Milli matçlarımızda tribunaları dolduran, Almaniyanın küçələrini bayraqlarımızla bəzəyən avropalı türk qardaşlarımızın vətənpərvərliyi bəzi insanları narahat edir. Bu yalanı sistemli şəkildə yaymaqla vətəndaşlarımızın Türkiyə ilə bağına xələl gətirəcəyini düşünən şər qüvvələr var. Onlar vətənimiz Türkiyə ilə heç vaxt pis məqsədlərinə çata bilməyəcəklər”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm