Si Cinpin dövlət iqamətgahında Orbanla görüşdü
Bizi izləyin

Dünya

Si Cinpin dövlət iqamətgahında Orbanla görüşdü

Çin Prezidenti Si Cinpin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“İyulun 8-də səhər saatlarında Si Cinpin Pekində, Diaoyutai dövlət iqamətgahında Orbanla görüşüb”, - məlumatda deyilir.

Bakı vaxtı ilə iyulun 8-nə keçən gecə Viktor Orban Çinə səfər edib.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Si Cinpin və Macarıstanın baş naziri qarşılıqlı maraq doğuran mövzularda danışacaqlar.

Britaniyalı ekspert Alexander Mercouris bildirib ki, Orbanın Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra verdiyi Avropada sülhə ehtiyac olması barədə bəyanatı son dərəcə əhəmiyyətlidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm