Dünya
Məsciddə əməliyyat: 251 nəfər saxlanıldı
Keniyanın Mombasa şəhərində məscidlərdən birində terrorçuluğa qarşı əməliyyat zamanı terror qruplaşmasının 251 üzvü saxlanılıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, terrorçulardan biri polis əməkdaşlarına qumbaranı atmağa cəhd edərkən öldürülüb.
Terrorçulara qarşı əməliyyat 17 noyabr tarixindən həyata keçirilir. Hakimiyyət bütün məscidlərdə yoxlamaların planlaşdırıldığını elan edib. Polisin məlumatına görə, saxlanılanlardan 158 nəfərə “Aş-Şabab" təşkilatı ilə əlaqələrinə ittihamlar irəli sürüləcək.
Qeyd edək ki, “Aş-Şabab" "Əl-Qaidə" beynəlxalq terror təşkilatı ilə sıx əlaqələrə malik olan radikal islam qruplaşmasıdır. Sənədlərə əsasən, radikal şəbəkə Somali, Uqanda, Burundi, Zambiya, Tanzaniya, Mali, CAR, Yəmən və Pakistanda fəaliyyət göstərir. Terrorçuların əsas qalası isə Keniyadadır. Keniyanın Nayrobi və Mombasa şəhərlərində qruplaşmanın böyük bazaları mövcuddur.
Ömər Dağlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi