Ərdoğan ABŞ-a gedir: mühüm sammitdə iştirak edəcək
Bizi izləyin

Dünya

Ərdoğan ABŞ-a gedir: mühüm sammitdə iştirak edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti üçün ABŞ-a gedir.

Publika.az xəbər verir ki, iyulun 9-da sammitin ilk günündə 75 illik yubiley proqramı keçiriləcək. Bu proqramda Ərdoğan da iştirak edəcək.

O, həmçinin 32 üzvlü alyansın dövlət və hökumət başçılarının iyulun 10-da keçiriləcək toplantısına da qatılacaq. Onun həmsöhbətləri ilə İsrail-Qəzza müharibəsinin dayandırılması və daimi sülhün əldə edilməsi üçün nələrin edilməsi lazım olduğuna dair müzakirə aparacağı gözlənilir.

Liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm