Çin liderindən Ukrayna münaqişəsi ilə bağlı çağırış: Oda yanacaq tökməyin
Bizi izləyin

Dünya

Çin liderindən Ukrayna münaqişəsi ilə bağlı çağırış: Oda yanacaq tökməyin

Çin prezidenti Si Cinpin Pekində Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı bildirib ki, Ukraynada münaqişənin gərginləşməsinin qarşısını almaq və “oda yanacaq tökməkdən” çəkinmək lazımdır.

Publika.az xəbər verir ki, Çin lideri beynəlxalq ictimaiyyəti Rusiya və Ukrayna arasında birbaşa dialoqun bərpası üçün şərait yaratmağa, həmçinin atəşkəs və hərbi əməliyyatların siyasi həllini axtarmağa çağırıb.

Si Cinpin bunun bütün tərəflərin maraqlarına cavab verdiyini vurğulayıb. Bundan əlavə, Çin lideri vəziyyətin deeskalasiyasına yardım etməyə səsləyib.

Həmçinin onu da vurğulayıb ki, Ukraynada atəşkəs yalnız bütün əsas ölkələrin müsbət enerji gətirəcəyi təqdirdə mümkündür.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm