Tramp söz verdi: "Seçilsəm, Marsa enəcəyik"
Bizi izləyin

ABŞ

Tramp söz verdi: "Seçilsəm, Marsa enəcəyik"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə amerikalı astronavtların Marsa enəcəklərinə söz verib.

Publika.az "Sky News"a istinadən xəbər verir ki, Tramp bu barədəki vədini təkrarlayıb.

O, seçki kampaniyası zamanı vurğulayıb: “Biz Marsa mənim səlahiyyət müddətimin sonuna qədər çatacağıq”.

Qeyd edək ki, tədbirdə "SpaceX"in sahibi, amerikalı sahibkar İlon Mask da iştirak edib. “Bizi kosmosun tədqiqi üzrə dünya çempionatlığı gözləyir", - deyən Tramp Maska təşəkkür edib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm