Dünya
Çindən gözlənilməz Türkiyə qərarı: hazırlıqlar başladı
Çinin ən böyük avtomobil istehsalçılarından “Shineray Group”-a daxil olan “SVM Motor” Türkiyəyə sərmayə qoymağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə şirkətin Türkiyə təmsilçisi “ATMO Group”-dan açıqlama verilib.
Şirkət Türkiyəni qlobal böyümə strategiyasının mərkəzlərindən biri olaraq təyin edib. Bildirilib ki, onlar illik istehsal gücü 50 min ədəddən çox olan obyekt üzərində işləyirlər.
“SVM Motor” son zamanlarda Türkiyə bazarına daxil olub və “G01”, “G01F”, “G03F”, “X30L EV” modelləri ilə türk istehlakçılarının qarşısına çıxıb.
Mövzu ilə bağlı “ATMO Group”-un İcraçı Direktoru Anton Çernov Türkiyədə bu markaya böyük marağın olduğunu bildirib: "Şirkət olaraq biz Türkiyədə sərmayə yatırmaqda və daha çox layihə inkişaf etdirməkdə maraqlıyıq. Türkiyədə işçilərimizin sayı keçən illə müqayisədə iki dəfə artıb. Gəlirlərimiz hər il artır və uzunmüddətli inkişaf planımız var".
Roza Şəfiyeva
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ