“Beril” qasırğası Texas sahillərinə yaxınlaşır
Bizi izləyin

Dünya

“Beril” qasırğası Texas sahillərinə yaxınlaşır

Karib dənizində yaranmış “Beril” qasırğası ABŞ sahillərinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, Texas ştatının Mataqorda ərazisində küləyin sürəti saatda 138 kilometr olub.

Qasırğa nəticəsində bölgədə leysan yağışı, tufan və şiddətli külək hökm sürür. Hava şəraiti səbəbilə ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Bölgədə iki milyondan çox insan elektrik enerjisiz qalıb.

Milli Qasırğa Mərkəzinin yaydığı məlumata görə, sahil boyu dağıdıcı zərər vuran qasırğa ştatın içərisinə doğru irəliləyir.

Xatırladaq ki, “Beril” qasırğası iyunun 29-da Atlantik okeanında formalaşıb və Saffir-Simson qasırğa şkalasına əsasən 4-cü kateqoriyaya yüksəlib. Karib dənizindəki ada dövlətlərində, Venesuelada hökm sürən qasırğa azı 11 nəfərin həyatına son qoyub. Hazırda qasırğanın sürəti 1-ci kateqoriyaya düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm