Vinisius “Qızıl top”un mükafatlandırma mərasiminə bu gözəllə gələcək - FOTO
Bizi izləyin

İdman

Vinisius “Qızıl top”un mükafatlandırma mərasiminə bu gözəllə gələcək - FOTO

2024-cü ildə “Qızıl top”u qazanmağa əsas namizəd olan “Real Madrid”in cinah oyunçusu Vinisius Junior mükafatlandırma mərasiminə tək deyil, heyrətamiz bir gözəllə gələcək.

Publika.az xəbər verir ki, “kral klubu”nun liderinin ürəyini fəth edən qız Latın Amerikasında populyarlıq qazanmış nüfuzlu jurnalist Maria Mazallidir.

Bu barədə futbolçuların şəxsi həyatından yazan İG-nin ixtisaslaşmış GSM_HQ hesabı məlumat yayıb.

Bir neçə ildir ki, mediada Vinisius və Mariya cütlüyü haqda şayiələr gəzir, lakin bu məlumat heç vaxt rəsmi şəkildə təsdiqini tapmayıb.

Madrid klubunun hücumçusu qadın düşkünü kimi tanınır, çünki onun daimi həyat yoldaşı yoxdur – müxtəlif vaxtlarda o, ispan aktrisası Ester Esposito və məşhur meksikalı müğənni Keniya Os ilə əlaqə saxlayıb.

Bununla belə, görünür, Vinisius nəhayət qərarını verib – Maria Mazalli indi vaxtının çox hissəsini Madriddə keçirir, Juniorun malikanəsindən fotolar yayımlayır və bu yaxınlarda “Real Madrid”in “Santyaqo Bernabeu”dakı son oyunlarından birində Kim Kardaşyanın yanında görünüb.

Əgər cütlük “Qızıl top” mükafatına birlikdə gəlsələr, Vini Jr-ın braziliyalı supermodellə görüşdüyünə şübhə qalmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm