Rusiya ABŞ-ı şoka saldı: Səmaya MiQ-41 qalxır
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ı şoka saldı: Səmaya MiQ-41 qalxır

Rusiya digər hərbi təyyarələr üçün əlçatmaz yüksəkliklərdə uça biləcək yeni MiQ-41 qırıcısı hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The National Interest” nəşri yazır.

Qeyd edilir ki, təyyarə yaxın kosmosa çıxa biləcək və xarici analoqlardan üstün olacaq.

Gələn il qırıcının sınaqdan keçirilməsi və 2030-cu ilə qədər MiQ-41-in kütləvi istehsalına başlanılması planlaşdırılır.

Nəşr bildirir ki, qırıcının bir çox elementi eksperimental xarakter daşıyır və bu da qeyd olunan müddətlərə çatmağın mümkünlüyünü şübhə altına alır.

MiQ-41-in Mach 4-dən çox sürətə malik olduğu və raket əleyhinə lazerlər, yönəldilmiş elektromaqnit impulslu silahlar daşıya biləcəyi bildirilir.

Xarici analoqları üzərində üstünlük iddialarına baxmayaraq, MiQ-41 yeni nəsil hərbi təyyarədən daha çox konseptual layihə ola bilər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm