Dünya
Kosovonun şimalında gərginlik: serblər aksiya keçirdilər
Kosovonun şimalında yaşayan serblər etiraz aksiyası keçiriblər.
Publika.az xəbər verir ki, Mitrovitsa şəhərində baş tutan aksiyada təxminən 700 nəfər iştirak edib. Serblər özlərini təhlükəsiz hiss etmədiklərini, şəhəri iki hissəyə ayıran İbre çayı üzərindəki körpünün nəqliyyat vasitələrinin hərəkəti üçün açılmasını istəmədiklərini bildiriblər.
Nümayişçilər Serbiyanın lehinə və Kosovonun əleyhinə şüarlar səsləndiriblər. Kosovo polisi və NATO-nun bu ölkədəki Sülhməramlı Qüvvələri (KFOR) ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiya insidentsiz başa çatıb.
Qeyd edək ki, son aylarda Kosovonun şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus bankın altı filialı və “Posta Srbije” milli poçt xidmətinin isə doqquz şöbəsi bağlanıb. Bu, Serbiya və Kosovo arasında gərginliyi artırıb.
Həm ABŞ, həm də Avropa İttifaqı Kosovonun bu addımını pisləyib, tərəfləri dialoq çərçivəsində danışıqlar yolu ilə hərəkət etməyə səsləyib.
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu
-
Yaxın Şərq00:30
Əsəd rejiminin ölüm saçan "şokolad"ları - ŞOK GÖRÜNTÜLƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qərarlarınız sizə uğur gətirəcək
-
Sosial14 Yanvar 23:36
Təyyarə qəzasından sağ çıxan Nizami NƏLƏRDƏN DANIŞIB? - VİDEO