Dünya
Yapon döyüş gəmiləri Türkiyə sularına girmək üzrədir
Yaponiyaya məxsus iki döyüş gəmisi Türkiyə sularına girməyə hazırlaşır.
Publika.az xəbər verir ki, Yaponiya Dəniz Akademiyası tələbələrinin açıq dəniz hazırlığı kursu və Türkiyə-Yaponiya diplomatik əlaqələrinin 100 illiyi çərçivəsində Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (JMSDF) iki mühüm gəmisi “KAŞİMA” və “ŞİMAKAZE” İstanbul limanına gəlib.
Açıq dəniz təlimləri tələbələrin təcrübədə dənizçilik bacarıqlarını inkişaf etdirmələrinə və beynəlxalq dəniz təcrübəsi əldə etmələrinə kömək etmək üçün təşkil edilən hərtərəfli proqramlardır. Bu yolla tələbələr real dəniz şəraitində praktiki təlim keçirlər.
Təxminən 370 nəfər tutumlu “JS KASHIMA” (TV-3508) təlim gəmisidir. Gəmidə yüngül silahlar, müdafiə sistemləri, müasir radar və rabitə sistemləri, sinif otaqları, simulyatorlar və tətbiq sahələri var. Təxminən 4050 ton ağırlığında olan gəmi təlim səfərləri zamanı müxtəlif beynəlxalq limanları ziyarət edir. Tələbələrə müxtəlif mədəniyyətlər və dəniz təcrübələri haqqında öyrənmək imkanı verir.
Qeyd edək ki, səfər 9-12 avqust tarixləri arasında baş verəcək.
Aysel Şahmar
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ