MDB
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
Özünü Rusiya prezidenti Putinin qeyri-qanuni qızı adlandıran Nijni Tagil sakini iki məktəbli oğlanı qaçırmağa cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə “TagilCity” məlumat yayıb.
Uşaqlardan birinin anası bildirib ki, binanın girişində oğluna qəribə bir qadın yaxınlaşıb. İddialara görə, o, özünü prezidentin qeyri-qanuni qızı kimi təqdim edib, sonra uşağa təklif edib ki, o, onun arxasınca getsin.
Uşaq dərhal anasına zəng edərək başına gələnləri danışıb. Anası dərhal onun qarşısına çıxıb. Şübhəli rus qadın başqa oğlana yaxınlaşıb.
O da valideynlərinə zəng edərək, evlərinə tərəf qaçıb. Oğlanların valideynləri həmin qadını skamyada oturmağa dəvət edib və hüquq-mühafizə orqanları gələnə qədər onunla söhbətləşiblər.
Uşaqlardan nə istədiyini soruşduqda, o, robot kimi cavab verib: "Uşaqları Kapasixadakı meşəyə aparın, onları basdırın". Bunu bir neçə dəfə təkrar edib. Kim olduğunu və haradan gəldiyini soruşduqda, o, prezidentin qeyri-qanuni qızı olduğunu və kainatın koordinatlarından istifadə edərək bura gəldiyini söyləyib”, - oğlanlardan birinin anası deyib.
Polis hadisə ilə bağlı ifadə alıb, xüsusi təcili yardım briqadasını çağırıb və qadını dindirib. Məlum olub ki, onun psixi pozğunluğu var.
Tural
-
Hadisə21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin121:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Hadisə20:28Avtobus yük avtomobili ilə toqquşdu: Xəsarət alan var - FOTO
-
Dünya19:24Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq
-
Magazin118:24Mətanət İsgəndərli dəbdəbəli mənzilində bahalı geyimlərini GÖSTƏRDİ - VİDEO
-
Avropa17:48Berlindən müəmmalı qərar: Hərbçilər təcili Qrenlandiyadan çıxarılır
-
İdman16:58“Qarabağ”la oyundan öncə “Ayntraxt”dan şok qərar: Baş məşqçi qovuldu
-
İdman16:29"Mançester Yunayted"in əfsanəsi kar oldu
















.jpg)









.jpg)










