ABŞ
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
Bütün dünya rəsmiləri Donald Trampın prezident seçilməsi ilə əlaqədar ABŞ-ın mümkün ticarət tarifləri tətbiqinə hazırlaşmağa başlayır.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Nəşrin məlumatına görə, ölkələr artıq ticarət təhdidlərinə müxtəlif cavab tədbirlərini nəzərdən keçirir.
"Donald Trampın andiçmə mərasimi qlobal ticarətdə təlatümlər erasını açacağını vəd edir və bütün dünya hökumətlərini hətta Ağ Evə qayıtmazdan əvvəl tariflərə hazırlaşmağa məcbur edir", - deyə agentlik yazıb.
Qeyd olunur ki, yeni seçilmiş prezidenti noyabrın 5-də qələbəsi münasibətilə təbrik etmək üçün zənglər ediləndən dərhal sonra rəsmilər mümkün gərginliyi aradan qaldırmaq yollarını axtarmağa, eyni zamanda mümkün müdafiə və cavab strategiyalarını hazırlamağa başlayıblar.
Seçkilərdən bəri Meksika və Kanada Trampın çoxsaylı ticarət təhdidləri ilə üzləşən cəbhələrdədir. Bu, iki ölkə liderlərinin mümkün cavab tədbirləri barədə açıq şəkildə xəbərdarlıq etməsinə səbəb olub. Digər ölkələr pərdə arxasında hazırlaşarkən, Vyetnam rəsmiləri Amerika mallarının alışını artırmağa söz verir, Avropa İttifaqı tariflərə müqavimət göstərmək qabiliyyətini gücləndirir və Hindistan rəsmiləri qarşıdan gələn böhrandan çıxmağın yollarını tapmaq üçün yarışır.
Akqabay
-
İdman21:59“Qarabağ” “Ayntraxt”a qarşı: hesab bərabərləşdi - CANLI/YENİLƏNDİ
-
Elm və təhsil20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
-
İdman20:00"Ayntraxt" "Qarabağ"la oyun öncəsi görün nə paylaşdı - VİDEO
-
Region19:55Türkiyədə zəlzələ oldu
-
Sosial19:40İsa Həbibbəyliyə çətir tutan şəxs vəzifəsindən azad olunub? - RƏSMİ
-
Sosial18:40Dövlət işçilərinin maaşı ilə bağlı YENİLİK
-
Nida Xəbər 18:30İcra başçısı onları işdən çıxardı
-
Dünya17:23Türkiyənin sərhədlərindən kənarda yeganə ərazisi azad edildi - FOTOLAR







.jpg)




.jpg)











.jpg)














