Dünya
Zelenski danışıqdan imtina etsə... - ABŞ-dan QORXULU PROQNOZ
Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna böhranının həlli planını qəbul etməməsi Vaşinqtonun Kiyevə hərbi və maliyyə yardımının dayandırılmasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə “National Interest” nəşri yazır.
“Əgər Zelenski Putinlə əlaqə saxlamaqdan imtina edərsə, bu, Trampın Ukraynaya hər hansı yardım göstərməkdən imtina etməsi üçün yaxşı səbəb olacaq”, - nəşr yazıb.
Qeyd olunur ki, Rusiya Federasiyası ilə Ukrayna arasında potensial danışıqlar “daha geniş NATO-Rusiya danışıqlarına” keçə bilər, burada adi və nüvə silahlarına nəzarət tədbirlərinə başlanılacaq.
Bundan əvvəl almaniyalı deputat Amira Mohamed Ali bəyan etmişdi ki, Trampın Ukrayna münaqişəsini bir gün ərzində həll etmək planı real deyil.
Xatırladaq ki, Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni cəmi 24 saat ərzində həll etmək niyyətində olduğunu dəfələrlə bəyan edib. 2023-cü ilin iyulunda o, planının təfərrüatlarını açıqladı. Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu bildirib. Amerikalı siyasətçi bu münaqişənin həlli üçün Rusiya dövlətinin başçısına müraciət etməyi təklif edib.
Adəm Abbaslı
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO