“CrowdStrike” dünyada "mavi ekran" probleminə səbəb olan səhvi açıqladı
Bizi izləyin

Dünya

“CrowdStrike” dünyada "mavi ekran" probleminə səbəb olan səhvi açıqladı

“Microsoft”a kibertəhlükəsizlik xidmətləri təqdim edən “CrowdStrike” yeniləməsindən sonra dünyada "mavi ekran" xətası yaşanıb. Belə ki, bazarlar və hava limanları kimi bir çox yerdə sistemlər dayanıb.

Publika.az xəbər verir ki, “CrowdStrike” tərəfindən edilən açıqlamada qlobal proqram probleminə səbəb olan səhv haqqında məlumat verilib.

Açıqlamada bildirilib ki, sistemdə səhvlər araşdırılarkən bəzi problemlər ortaya çıxıb:

“Bu da bir çox yerlərdə "mavi ekran" görüntüsünü yaradıb. Məzmun təsdiqləyicisindəki bir səhvə görə, iki şablon nümunəsindən biri yoxlamadan keçib. Digərində isə problem olub. “CrowdStrike”in ilə "Microsoft" əməliyyat sistemi arasında əlaqə kəsililib. Bu səbəbdən bir çox sektoru təsir edən qlobal proqram problemi baş verib. Bu da narazılığa səbəb olub”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm