Dünya
Kosmik turistlər ilk dəfə kosmosa çıxdılar
Astronavtika sahəsində tarixi hadisə baş verib - mülki şəxslər ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar. Bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.
Publika.az “SpaceX”ə istinadla xəbər verir ki, “SpaceX Crew Dragon” gəmisində “Polaris Dawn” kommersiya missiyası zamanı komandir Cared Ayzekman (Jared Isaacman) və missiya mütəxəssisi Sara Gillisin (Sarah Gillis) təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyata keçiriblər.
Komanda hazırlıq görüb, xüsusi kostyumlarını geyinib və hava kilidini açıb. Bundan sonra ilk ekipaj üzvü Cared Ayzekman gəmidən kənara çıxıb. Ondan sonra Sara Gillis da açıq kosmik məkana yollanıb.
Gəmidənkənar fəaliyyətə (EV) hazırlıq - astronavtlar açıq kosmosa çıxışı belə adlandırırlar - uçuşdan əvvəl kosmik gəmidə baş verib. Hər bir komanda üzvünün öz vəzifələri var: Cared Ayzekman ilk olaraq həyata keçirib, o, kostyumun sürətlə hərəkətetmə qabiliyyətini yoxlayıb. Onun ardınca Sara Gillis çıxıb, o, eyni yoxlamaları aparacaq. Digər ekipaj üzvləri kabinədə qalır, öz yoldaşlarını dəstəkləyirlər.
Bundan əlavə, gəmidənkənar fəaliyyəti həyata keçirmək üçün “SpaceX” gəminin Cepola hissəsini “Spacewalker” modulu ilə əvəz edib.
Gələcəkdə “Polaris Dawn” missiyası Yerə qayıdacaq və daha iki uçuş həyata keçirəcək. Polaris proqramı çərçivəsində ikinci və üçüncü uçuşlarının təfərrüatları məlum olmasa da, Cared Ayzekman bildirib ki, son missiya üçün uçmağa hazır olduğu təqdirdə “SpaceX”in “Starship”i istifadə edilə bilər. Ayzekman həmçinin ehtimal edib ki, gələcək “Polaris” missiyaları qocalmış kosmik missiyaların ömrünü saxlamağa və uzatmağa kömək edə bilər.
-
Magazin101:11
Emin Ağalarovu belə görməmisiniz - FOTO
-
Nida Xəbər 00:30
Erməni ordusunun şərti sərhəddəki postu - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ailədə fikir ayrılığı yarana bilər
-
Sosial17 Sentyabr 23:36
Son bir ildə ət niyə kəskin bahalaşıb? - VİDEO
-
Elm və təhsil17 Sentyabr 23:24
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi
-
Magazin117 Sentyabr 20:40
Aygün Kazımova büstqalter və mini şortda poza verdi - VİDEO
-
Sosial17 Sentyabr 20:15
Azərbaycanda su BAHALAŞACAQ? - RƏSMİ CAVAB
-
Nida Xəbər 17 Sentyabr 20:05
Prezidentin görüşündə o incə detal - FOTO