Nida Xəbər
Zəngəzurda bu ərazilər Azərbaycana qaytarılacaq - Adibekyan detalları açdı
12:43
“Paşinyan 2026-cı il seçkilərinə hazırlaşır. Xarici oyunçular – Avropa, Rusiya və Türkiyə razılığa gəlib ki, 2026-cı ilə qədər Paşinyan hakimiyyətdə olacaq. Bu oyunçuların heç biri Paşinyanın əleyhinə olacaq addım atmayacaq, müxalifətə dəstək verməyəcək. Buna görə də Paşinyan 2026-cı ilə qədər sülh sazişini imzalamaq və cəmiyyətə sülh gətirdiyini göstərmək istəyir”.
Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Armine Adibekyan deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün Əliyevin dediklərini təkrarlayır.
“Əliyev deyir ki, bizə vasitəçi lazım deyil, Paşinyan bunu təsdiq edir. Əliyev deyir ki, Göyçəni qaytar, Paşinyan bir azdan bunu dilə gətirəcək. Artıq Vardenis (Basarkeçər) əhalisini saymağa başlayıblar, bu o deməkdir ki, həmin əraziləri Azərbaycana qaytaracaqlar, oradakı əhalini çıxaracaqlar. Tiqranaşen (Kərki) artıq qaytarılmaq üçün hazırdır. Zəngəzur dəhlizi də hazırdır. Dəhlizlə bağlı əsas məsələlər razılaşdırılıb, indi orada kimin dayanacağı müzakirə edilir”, - o iddia edib.
Asif
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VIDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu
-
Yaxın Şərq00:30
Əsəd rejiminin ölüm saçan "şokolad"ları - ŞOK GÖRÜNTÜLƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qərarlarınız sizə uğur gətirəcək
-
Sosial14 Yanvar 23:36
Təyyarə qəzasından sağ çıxan Nizami NƏLƏRDƏN DANIŞIB? - VİDEO