Elmdə yeni mərhələnin başlanğıcı: İlk birbaşa təsvir edilən ekzoplanet
Bizi izləyin

Dünya

Elmdə yeni mərhələnin başlanğıcı: İlk birbaşa təsvir edilən ekzoplanet

James Vebb Kosmik Teleskopundan (JVST) istifadə edən astronomlar "Eps Ind Ab" adlandırdıqları yeni ekzoplanet, qaz nəhəngi kəşf ediblər. Bu kəşfi daha da həyəcanlandıran odur ki, planet öz ulduzunun müşahidələrindən asılı olmayaraq birbaşa təsvir edilib.

Publika.az xəbər verir ki, ekzoplanet elmdə yeni mərhələnin başlanğıcı ola bilər.

Bu günə qədər bütün dünya üzrə astronomlar Günəş sistemindən kənarda təxminən 5700 ekzoplanetin və ya planetin mövcudluğunu təsdiqləyiblər. Lakin onların aşkarlanması adətən dolayı yolla həyata keçirilir. Bu o deməkdir ki, biz ekzoplaneti əslində görmürük. Ekzoplanetləri tez-tez görməməyimizin səbəbi, onların çox kiçik və çox uzaq olması olmasıdır. Dolayı aşkarlama zamanı böyük ekzoplanetlərə üstünlük verilir. Çünki ekzoplanet öz ulduzunun qarşısından keçmə ehtimalı daha yüksəkdir və daha tez-tez keçir, yəni onu müşahidə etmək şansı daha yüksəkdir.

Bununla belə, daha böyük orbital məsafədə yerləşən ekzoplanetlərin birbaşa aşkar olunma ehtimalı daha yüksəkdir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm