Əylənməyə gedərkən "qeybə çəkilən" qızlar 42 ildən sonra BU HALDA TAPILDILAR - FOTO
Bizi izləyin

Dünya

Əylənməyə gedərkən "qeybə çəkilən" qızlar 42 ildən sonra BU HALDA TAPILDILAR - FOTO

Orta məktəb dostları yay tətilinin başlamasını səbirsizliklə gözləyir, planlar qurur, xoşbəxtlik gözləyirdilər. Ancaq ilk axşam hər şey yolunda gedib. Növbəti gün qızlar maşın sürərək gözdən itiblər. Onların axtarışları 42 il sürüb.

Bu barədə Publika.az xarici KİV-ə istinadla yazır:

Şeril Miller və Pamela Cekson kim idi?

Hər iki qız 1954-cü ildə, keçən əsrin 60-70-ci illərində əhalisi 6 min nəfərdən çox olmayan Amerikanın kiçik Vermillion şəhərində (Cənubi Dakota) anadan olub. Həmin ərazi sakit olduğu üçün valideynlər gec saatlarına qədər uşaqlarına gəzməyə icazə verirdilər.

Şeril Miller yeniyetmə sevgisinin məhsuludur. Ananın hamiləliyini bilən kimi atası "üfüqdən itib". Ana belə gənc yaşda uşağa hazır deyildi və buna görə də qəyyumluğu valideynlərinə keçirib. Nənə və babalar nəvələrinə pərəstiş ediblər və onu ərköyün böyüdərək korlayıblar.

Pamela Cekson fermerlər ailəsində həsrətlə gözlənilən uşaq olub. Ciddilik və böyüklərə hörmətlə böyüyüb.

Bu cür fərqli ailə tarixlərinə baxmayaraq, Şeril və Pamela möhkəm dost idilər və tez-tez bir-birlərinin evlərində gecələyirdilər. Onlar nadir hallarda tək görünürdülər.

İtkin düşmə halları

Yay tətilinin ilk günü - 29 may 1971-ci ildə qızlar günorta görüşüblər. Əvvəlcə konki sürməyə gediblər və günortadan sonra Şerilin babasının köhnə "Studebaker" avtomobilini götürüb ziyafətə gediblər. Qeyd etmək lazımdır ki, Şeril həmin vaxt sürücülük vəsiqəsini yenicə almışdı və sükan arxasında özünü etibarsız hiss edirdi.

Yerli gənclər şəhərdən 16 kilometr aralıda yerləşən qum karxanasına toplaşıblar. Yaxınlıqda böyüklərin olmadığını bildiyi üçün burada özlərini rahat hiss edə bilirdilər.

Yolda dostlar sinif yoldaşlarından birinin maşınını görüblər. Söhbət etmək üçün dayanıblar. Qızlar yola yaxşı bələd olmayıblar, xüsusən də hava qaralmağa başladığından, qərara alıblar ​​ki, oğlanlar (maşında üç nəfər olub) öndə, qızlar isə onların arxasınca getsinlər.

Bir müddət belə davam ediblər. Sonra öndə gedən oğlanlar "Studebaker"in işıqlarını görə bilməyiblər. Qızları gözləmək üçün dayanıblar, amma onlar gəlib çıxmayıblar.

Tezliklə uşaqlar artıq karxasına qyıblar, burada çoxlu adam toplanmışdı, lakin Şerl və Pamela orda da olmayıb. Sinif yoldaşları bir az təəccübləniblər, amma tezliklə dostlarını unudub əylənməyə davam ediblər.

İlkin axtarışlar 197-ci ildə başlayır

Mayın 30-da səhər saatlarında Şeril və Pamelanın qohumları onları evdə tapmayıb. Əvvəlcə həyəcanlanmayıb. Düşünüblər ki, bir digər dostunun yanında gecələyə bilər. Ancaq günorta radələrində Pamelanın anası Şerilin valideyinlərinə zəng vurub və qızların orada olmadığını öyrənib. Həmin andan aktiv axtarışlar başlayıb.

Ötən axşam Şerlin idarə etdiyi avtomobil köhnə olduğundan ailə onun xarab ola biləcəyini düşünüb. Pamelanın atası uzun müddət ərazidə gəzib, amma heç kimi tapmayıb.

Axşam polisə zəng vurublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları müraciəti ciddi qəbul etməyiblər: "gənc qızlar gəzib qayıdacaqlar", deyiblər.

Beləcə saatlar günlərə, həftələrə çevrilib. Onlarım "gördüm" deyən olmayıb.

Nəhayət, iyunun sonunda polis axtarışa başlayıb. Karxanaya gedən yolun qısa bir hissəsinin keçdiyi dərin Missuri çayının yatağına baxıblar. Qızların dostları ilə söhbət etmək, maşını axtarmaq heç bir nəticə verməyib.

Beləcə təhqiqat dayandırılıb və polislər qohumlarını əmin ediblər ki, qızlar bir qrup hippilərə qoşulublar və ABŞ-ın hər yerinə səyahət edirlər.

Qalan tək şey gözləmək idi. Heç bir xəbər çıxmadan illər keçdi.

2004-cü iləd yeni araşdırma başladılır

2004-cü il Cənubi Dakota polisində bağlı qalan işlərin araşdırılması şöbəsinin yenidən açılması ilə yadda qalıb. Müstəntiqlər itkin düşən Şeril Miller və Pamela Ceksonun işinə yenidən baxıblar. Maraqlı təfərrüatlar ortaya çıxıb.

Məlum olub ki, itkin düşən zaman Lykkens ailəsi qızlarla qonşuluqda yaşayırmış. Onların oğlu David Şeril və Pamela ilə eyni yaşda olub. Təbii ki, onlar bir-birlərini tanıyıbılar.

Sonrakı illərdə David özü üçün pis bir reputasiya qazanıb. 2004-cü ildə həmin şəxs artıq uzun illər həbsdə idi.

1971-ci ildə Lykkenlərə məxsus fermanın həyətində köhnə maşın və içərisində iki qız gördüyünü iddia edən bir şahid olub. David hər şeyi inkar edib.

Fermada hərtərəfli axtarış aparılıb, çünki geniş ərazilərdə hətta bir neçə avtomobil gizlədilə bilərdi. Yaşlı qadın geyimləri və başqa əşyalar tapılıb. Lakin qızların qohumları heç nə müəyyən edə bilməyiblər.

Əməliyyatçılar şübhəli olsalar da, heç bir aydın dəlil tapmayıblar.

2007-ci ildə kamera yoldaşı Devidin qızları öldürdüyünü ona etiraf etdiyini söyləyib. Müstəntiqlər Devidi ifadə verməyə razı sala biliblər. Ertəsi gün Devidin etirafının səs yazısı müstəntiqlərin əlində olub. Lakin bu sübutların da uydurma olduğu üzə çıxıb. Belə ki, kamera yoldaşı şəxsi ədavət zəminində Devidə böhtan atıb və oxşar səsə malik başqa bir məhbusdan etirafı səsləndirməyi istəyib.

İstintaq 2013-cü ilin payızına qədər dayandırılıb.

2013-cü ilin yayı Cənubi Dakotada inanılmaz dərəcədə quraq keçib və bir çox su obyektləri dayazlaşıv. Sentyabr ayı da istənilən səviyyədə yağışın yağmağına səbəb olmayıb və su azalmağa davam edib.

18 sentyabr 2013-cü ildə Pamela Ceksonun atası 102 yaşında vəfat edib. Son nəfəsinə qədər tək qızını gözləyib.

Sentyabrın 23-də yerli balıqçı, Missurinin qolu olan və həmin yay demək olar ki, qurumuş Bral Krik çayında səthə yapışan təkərlər aşkar edib. Diqqətlə baxdıqdan sonra maşının altını görə bilib. Şahid dərhal 911-ə zəng edib.

Gələn müstəntiqlər aşmış avtomobilə baxış keçiriblər. Avtomobil nömrələri yaxşı qorunub saxlanılıb. Bu, uzun illər itkin düşmüş "Studebaker" idi. Onun oradann çıxarılması üçün əməliyyat başlayıb.

Şeril və Pamela avtomobilin içində olublar. Bütün bu illər boyu onlar ölü halda belə birlikdə qalıblar.

"Studebaker", fənərləri açıq və 3-cü sürətdə suda qalıb. Təkərlərdən biri partlayıb.

Göründüyü kimi, təcrübəsiz Şeril idarəetməni itirib, avtomobil kapotu üstə aşıb və Bral Krik çayına yuvarlanıb.

1971-ci ildə polis Missuri çayının daha geniş və dərin hissəsində axtarış aparıblarmış, lakin daha kiçik olan Bral Krik çayında axtarış aparmayıblar.

Niyə? Bu sualın cavabı yoxdur...

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm