Kirpi hava limanında çətin anlar yaşatdı: bütün uçuşlar dayandı
Bizi izləyin

Dünya

Kirpi hava limanında çətin anlar yaşatdı: bütün uçuşlar dayandı

Arnştadt şəhərinin (Almaniya, Türingiya) uçuş-enmə zolağında peyda olan kirpi yerli hava limanının işini yarım saat ərzində iflic edib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

Həmkarları ilə Hessen Hava Festivalına uçmağa hazırlaşan pilot Dierbax, "kirpi uçuş-enmə zolağında səylə yemək axtarırdı və bizim təyyarəyə yol vermək istəmədi. Uçuş üçün hər şey hazır idi, lakin yavaş hərəkət edən heyvana görə gecikməli olduq", - deyə açıqlamasında bildirib.

Yalnız yarım saatdan sonra pilot və dispetçer kirpini çıxara bilib. "Kirpi yavaş-yavaş və açıq-aydın istəksizcə uzaqlaşdı", - pilot əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm