"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirildi
Bizi izləyin

İdman

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirildi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında məlumat yerləşdirilib.

“Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Nefçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” oyununun yeri dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm