Maykl Ceksonun musiqiçi qardaşı vəfat etdi
Bizi izləyin

Dünya

Maykl Ceksonun musiqiçi qardaşı vəfat etdi

Məşhur "The Jackson 5" musiqi qrupunun üzvü, Maykl Cekson və Canet Ceksonun böyük qardaşı Tito Cekson dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Ceksonun uzun müddət ailə dostu və keçmiş meneceri olan Stiv Manninq “Entertainment Tonight”-a bildirib.

70 yaşlı musiqiçinin ölüm səbəbi açıqlanmayıb. Tito Cekson uzun illər Ceki, Cermeyn, Marlon və Maykl qardaşları ilə birlikdə "The Jackson 5" adı altında çıxış edib.

Onun ölüm xəbəri ilə bağlı oğulları açıqlama verib: "Biz dərindən kədərləndik. Atamız hər kəsin rifahını düşünən inanılmaz insan idi".

Qeyd edək ki, qrup 1964-cü ildə yaradılıb. Tito gitara çalıb və bek-vokal oxuyub. Qrup dünya üzrə 150 ​​milyondan çox albom satıb. 1980-ci ildə qardaşlar Hollivudun Şöhrət Xiyabanında ulduzla mükafatlandırılıblar və 1997-ci ildə onlar "Rock and Roll" Şöhrət Zalına daxil olublar.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm