Dünya
ABŞ-dan Ukraynaya silah tədarükü ilə bağlı məyusedici xəbər
Vaşinqton Ukraynanın anbarlarındakı ehtiyatların tükənməsi səbəbindən ona tam köməklik göstərə bilmir.
Publika.az xəbər verir ki, CNN bu barədə ABŞ-dan olan adı açıqlanmayan iki rəsmiyə istinadən məlumat yayıb.
“Silah çatışmazlığı o deməkdir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının hələ də Ukraynanı silahlandırmaq üçün altı milyard dolları var, lakin Pentaqonun təmin etmək üçün kifayət qədər ehtiyatı yoxdur”, - deyə telekanal qeyd edib.
Onlardan biri Pentaqonun ehtiyatlarını artırmaq problemi ilə üzləşdiyini də vurğulayıb. CNN bildirir ki, ABŞ silahlarının istehsalı təkcə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün deyil, həm də ölkənin öz ehtiyacları üçün həyata keçirilir. ABŞ müəssisələrinin miqyasına baxmayaraq, anbarların doldurulması prosesi bir neçə il çəkə bilər.
“Məsələ bizim anbarlarımızdakı ehtiyatlardır, biz ukraynalıların tələbini hazırda əlimizdə olan silah ilə yerinə yetirə bilməyəcəyik”, - deyə telekanal rəsmidən sitat gətirir.
CNN onu da diqqətə çatdırıb ki, aprel ayında ABŞ Konqresinin hazırkı prezidentin administrasiyasına əlavə olaraq 13,4 milyard dollar ayırması və bu vəsaitin Kiyevə tədarük üçün istifadə olunması nəzərdə tutulur. Öz müdafiəsi üçün kifayət qədər silahsız qalmaqdan qorxan Vaşinqton vəd edilmiş hərbi məhsulları çatdıra bilməyib.
Adəm Abbaslı
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VIDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu
-
Yaxın Şərq00:30
Əsəd rejiminin ölüm saçan "şokolad"ları - ŞOK GÖRÜNTÜLƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qərarlarınız sizə uğur gətirəcək
-
Sosial14 Yanvar 23:36
Təyyarə qəzasından sağ çıxan Nizami NƏLƏRDƏN DANIŞIB? - VİDEO