Dünya
Fiko növbəti dəfə təhdid edildi: Görün ona nə göndəriblər
Slovakiyanın Baş naziri Robert Fiko hökumət ofisinə göndərilən güllə ilə hədələnib. Baş nazir Ukrayna siyasəti ilə bağlı tez-tez tənqidlərə məruz qalır.
Publika.az xəbər verir ki, Slovakiya hökuməti may ayında sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın Baş naziri Robert Fikoya güllə olan zərfdə təhdid mesajı göndərildiyini açıqlayıb.
Slovakiya hökuməti verdiyi açıqlamada bildirib ki, Baş nazir ağır yaralandığı silahlı sui-qəsddən təxminən 5 ay sonra təhdid edilib.
“Təsdiq edirik ki, içərisində güllə olan zərf Slovakiyanın Baş nazirinə ünvanlanıb. Həmin zərf bu gün hökumət ofisinə çatdırılıb", - məlumatda deyilir.
Slovakiya hökumətinin mətbuat bölməsi hadisə ilə bağlı polis araşdırması başladığını açıqlayıb.
Qeyd edək ki, mayın 15-də Slovakiyanın Baş nazirinə qarşı silahlı hücum olub. Hadisə hökumətin iclasının keçirildiyi binanın qarşısında baş verib. Nəticədə Robert Fiko ağır yaralanıb.
Aysel Şahmar
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO