Dünya
Putinə sui-qəsd hazırlayan şəxsin sorağı Donbasdan gəldi – FOTO
Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Adəm Osmayev arvadı ilə birlikdə Donbas hövzəsində separatçılara qarşı vuruşur.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə A.Osmayevin arvadı Amin Okuyeva “Facebook” səhifəsində yazıb.
O, qeyd edib ki, çoxdan Donbas hövzəsində vuruşur. Okuyeva Osmayevlə birlikdə cəkdirdiyi fotonu da paylaşıb.
Qeyd edək ki, Ukraynanın Odessa rayon məhkəməsi Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Osmayevi 18 noyabrda azadlığa buraxıb. Məhkəmə Osmayevin həbsdə olduğu 2 il 9 ayın kifayət etdiyini hesab edərək onu məhkəmə zalından azad edib. 2012-ci ilin avqustunda Odessada həbs olunan A.Osmayev V.Putinə qarşı sui-qəsdə görə Ukraynanın Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham edilirdi.
Bu ilin may ayında ukraynalı deputatlar baş prokuror Qennadi Maxinçuka müraciət edərək Osmayevin işinə yenidən baxılmasını istəmişdilər.
Qeyd edək ki, A.Osmayev 2007-ci ildən Çeçenistan prezidenti
Ramzan Kadırova sui-qəsd hazırlığında şübhəli bilinərək axtarışa
verilmiş və 4 nəfərlə birgə həbs edilmişdi. Lakin Osmayev bir neçə
gün həbsdə olsa da, dəlil yetərsizliyinə görə məhkəmə onu azad
etmişdi.
Bundan sonra Londona gedən Osmayev çeçen mücahidlərinin lideri
Doku Umarovla əlaqə yaradıb. Umarovun təşəbbüsü ilə Ukraynaya gələn
Osmayev orada partlayıcı hazırlanması və diversiya təlimləri keçib.
O, Umarovdan təlimat alaraq Moskvaya getməli və Putin avtomobillə
hərəkət edən zaman onun keçdiyi ərazilərdən birində partlayış
törətməli imiş.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək