Dünya
İsrail ABŞ-ı dilə tutur: Molla rejiminin sonu yaxınlaşır?
Bütün gözlər İranın son raket hücumundan sonra İsrailin reaksiyasına yönəldiyi bu dövrdə, Təl-Əviv rəhbərliyi ABŞ-ı molla rejimini devirməyə razı salmağa çalışır. Ekspertlər qarşıdakı bir neçə günün çox kritik olduğunu, ABŞ-ın noyabrda keçiriləcək prezident seçkiləri öncəsi İsraili cilovlamağa çalışdığını vurğulayırlar.
Publika.az xəbər verir ki, bu barədə "Haber Global Web Özəl”ə açıqlama verən istefada olan türkiyəli Baş Qərargah Polkovniki Ünal Atabay yaxın günlərdə baş verə biləcək böhranlarla bağlı qiymətləndirmələr edib.
O, açıqlamasında jurnalistin “İran tələyə düşürmü?” sualını cavablandırıb:
"İsrailə İranı tələyə salmağa ehtiyac yoxdur. İsrail döyüşmək istəsə, hava əməliyyatları keçirəcək, nüvə obyektlərini hədəfə alacaq və İranı müharibəyə çəkəcək. Lakin bu mərhələdə İsrail regional məqsədlərinə çatmaq üçün yaxın ətrafındakı ölkələri, xüsusilə Fələstin, Livan və Suriyanı nəzarətə götürmək istəyəcək. Belə olduğu halda, İranı bu xaosa sürükləmək istəmirlər. İran indiki mərhələdə İsrail üçün böyük, lakin erkən hədəfdir. İsrail ilk növbədə yaxın ətrafının təhlükəsizliyini təmin edəcək”.
Atabəy İsrailin Livandakı hərbi məqsədlərinə qısa müddətdə nail olub-olmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib:
"Qəzza Livanla müqayisədə dar bir ərazidir. İsrailə qarşı əsas maneə "Hizbullah"dır. Həmçinin çox sayda müxtəlif strukturlar da var. Livandakı bu vəziyyət İsrail üçün nəzarəti çətinləşdirir. Lakin İsrailin bu məsələdə üstünlüyü var. O, bu qrupların keçmiş düşmənçiliklərini yenidən alovlandıraraq ölkədaxili xaos yaradacaq. Bununla da vətəndaş müharibəsi baş verə bilər”.
Beynəlxalq əlaqələr üzrə ekspert Kamer Kasım isə ABŞ-ın qarşıdan gələn seçkilərdən əvvəl İsraili cilovlamaq istədiyini bildirib. O, Trampın yanında olan Netanyahunun ABŞ-ı müharibəyə çəkmək istədiyini iddia edib:
"O, Bayden administrasiyasına və demokratlara önəm vermək istəmir. Amerika administrasiyası isə belə bir şey istəməz. Seçkilərin keçirildiyi bir dövrdə demokratların ən son istədiyi şey müharibə mühitidir.
Necə ki, keçən apreldə İran İsrailə raket atanda Amerika administrasiyası işə qarışıb İsrailin cavab verməsinin qarşısını aldı, onlar indi də eyni şeyi etmək istəyəcəklər. İndi İsrail İranın nüvə obyektlərini vurmaq istədiyini deyir. Keçən apreldə ABŞ bunu cilovlaya bildi, lakin bunu indi də edə bilib-bilməyəcəyini yaxın günlərdə görəcəyik".
Roza Şəfiyeva
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək