Bayden Netanyahuya səsləndi: İranda onları vurma, başqa alternativ tap
Bizi izləyin

Dünya

Bayden Netanyahuya səsləndi: İranda onları vurma, başqa alternativ tap

ABŞ prezidenti Co Bayden İsrailin İranın neft quyularını vurmaq əvəzinə başqa alternativlərə baxmalı olduğunu bildirib.

Publika.az xəbər verir ki, vəzifəyə gəldikdən sonra ilk dəfə olaraq Ağ Evdə gündəlik mətbuat brifinqinə qatılan Bayden jurnalistlərin suallarını cavablandırıb.

O, neft quyularına üstünlük verilməməsi lazım olduğunu vurğulayaraq “Onların yerində olsaydım, neft yataqlarına zərbə vurmaq yerinə başqa alternativləri nəzərdən keçirərdim" deyib.

Prezident əlavə edib ki, Təl-Əviv hücumu necə həyata keçirəcəyinə hələ qərar verməyib.

İsrailin baş naziri Benyamin Netanyahunun onu uzun müddət dinləməməsi ilə bağlı sualı cavablandıran Bayden İsrailə ondan daha çox kömək edən prezident olmadığını iddia edib: “Heç bir administrasiya İsrailə məndən çox kömək etməyib. Düşünürəm ki, Netanyahu bunu unutmamalıdır".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm