Zelenskinin yeni planı üzə çıxdı: İkinci Kursk əməliyyatı və daha uzaq məsafə
Bizi izləyin

Dünya

Zelenskinin yeni planı üzə çıxdı: İkinci Kursk əməliyyatı və daha uzaq məsafə

Qərb raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi Kiyevə yeni əks-hücum əməliyyatı şansı yaradacaq.

Publika.az xəbər verir ki, bunu ukraynalı politoloq Vadim Karasev İsrailin rusdilli internet televiziya kanalı "İton TV"də deyib.

“Uzaqmənzilli raketlərə icazə hücuma hazırlıq zamanı verilməlidir”, - ekspert bildirib.

Karasev izah edib ki, bu cür zərbələr özlüyündə çox da hərbi məna kəsb etmir, lakin eyni zamanda F-16 donanmasının iştirak etdiyi hava əməliyyatı, raket əməliyyatı və qurudan hücum əməliyyatı olarsa, əks-hücumun mümkünlüyü ortaya çıxacaq.

Eyni zamanda Karasev qeyd edib ki, əgər Ukrayna əks hücuma hazırlaşsa, bu, Kursk əməliyyatını xatırladacaq.

"Bunun hansı yerdə olacağını isə bilmirəm", - deyə ekspert qeyd edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm