Şimali Koreya müharibəyə hazırlaşır – Milyonlarla gənc orduya axışır
Bizi izləyin

Dünya

Şimali Koreya müharibəyə hazırlaşır – Milyonlarla gənc orduya axışır

Şimali Koreya oktyabrın 14 və 15-də 1,4 milyondan çox gəncin Koreya Xalq Ordusuna (KPA) qoşulmaq üçün müraciət etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, rəsmi açıqlamalarda gənclərin orduya getmək istəyinin Cənubi Koreyaya qarşı intiqam və nifrət hisslərinin əksi olduğu vurğulanıb.

"Bütün ölkədə gənclər və tələbələr orduya qoşulmaq üçün ərizələr imzalayaraq, münaqişə cinayətkarlarını cəzalandıracaqlarını vəd edirlər. Bütün Şimali Koreya onun suverenliyini və təhlükəsizliyini pozan Cənubi Koreyanı məhv etmək iradəsi ilə doludur", - deyə bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, əgər müharibə başlayarsa, Cənubi Koreya xəritədən silinəcək: “Düşmən müharibə istədiyi üçün onun varlığına son qoymağa hazırıq. Mənfur düşməni məhv olmaq həddinə çatdırmaq əzmində olan yeni nəslin qisas ehtirası və orduya qoşulmaq istəyi zaman keçdikcə artır”.

Xatırladaq ki, Şimali Koreya administrasiyası Cənubi Koreyanın paytaxt Pxenyan səmasına təbliğat vərəqələri daşıyan pilotsuz uçuş aparatları göndərdiyini iddia edib. Şimali Koreyanın da Cənubi Koreya ilə əlaqə quran yolları partlatması Seul rəhbərliyinə hədə-qorxu kimi şərh edilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm