Yüksəkliklərin fenomeni 200 metrlik məsafədən düşərək öldü - FOTOLAR
Bizi izləyin

Dünya

Yüksəkliklərin fenomeni 200 metrlik məsafədən düşərək öldü - FOTOLAR

Nəhəng binaların üstündəki təhlükəli videoları ilə məşhur olan ingilis sosial media fenomeni Lyuis Stivenson çəkiliş zamanı yüksəklikdən yıxılaraq dünyasını dəyişib.

Publika.az xəbər verir ki, 26 yaşlı Stivenson İspaniyanın ən hündür körpüsünə dırmaşarkən təxminən 200 metr hündürlükdən yıxılıb.

O, akrobatik hərəkətlər edərək çəkəcəyi video üçün İspaniyanın “Castilla la Mancha” körpüsünə gedib. Məqsədi İspaniyanın ən hündür körpüsündə bacarığını göstərmək olub.

Ailəsi dəfələrlə Stivensona körpüyə çıxmamaq üçün xəbərdarlıq edib. Lakin o, ən böyük arzusunun dublyorluq etmək olduğunu bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm