Dövlət büdcəsi niyə kəskin artırıldı? - Nazirlik səbəbi açıqladı
Bizi izləyin

Ekopublika.az

Dövlət büdcəsi niyə kəskin artırıldı? - Nazirlik səbəbi açıqladı

Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

Publika.az xəbər verir ki, nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək", - deyə nazirlik bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm