İranın atom bombasından da güclü silahları var - BƏYANAT
Bizi izləyin

Region

İranın atom bombasından da güclü silahları var - BƏYANAT

İranın gizli və atom bombasından qat-qat güclü silahları var.

Publika.az "Asriran" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi İbrahim Rüstəmi deyib.

“Açıq şəkildə bəyan edirəm ki, İranın nüvə silahından qat-qat güclü silahları var”, - deyə keçmiş dövlət katibi qeyd edib.

Rüstəmi əlavə edib ki, Tehranın silah sahəsində “böyük məxfi imkanları” var və buna ölkənin son on ildə müstəqil şəkildə inkişafı sayəsində nail olunub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm