Dünya
Dünya böhranla üz-üzə: ərzaq istehsalının yarısı risk altındadır
Mütəxəssislər xəbərdarlıq ediblər ki, sürətlə dərinləşən qlobal su böhranı səbəbindən dünya ərzaq istehsalının yarısı yaxın 25 ildə risk altında ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Qlobal Su İqtisadiyyatı Komissiyası hesabat dərc edib.
Hesabata görə, dünya əhalisinin yarısı artıq su qıtlığı ilə üzləşib və iqlim böhranının təsirləri artdıqca bu rəqəm daha da artacaq.
Hesabatda dünyanın su sistemlərinin böyük təzyiq altında olduğu və onilliyin sonuna qədər şirin suya tələbatın tədarükü 40 faiz üstələyəcəyi bildirilib.
Komissiya bildirir ki, insanların sağlam həyat sürməsi üçün gündə 50-100 litr, adekvat qidalanma və ideal həyat üçün isə gündə təxminən 4000 litr suya ehtiyac var.
Bu, əksər bölgələr üçün yerli resurslar hesabına qarşılana bilmədiyindən insanların ehtiyaclarını ödəmək üçün ərzaq, geyim və istehlak malları ticarətindən asılı olduğu vurğulanır.
Komissiyanın həmsədrlərindən biri, Sinqapurun prezidenti Tharman Şanmuqaratnam ölkələrin su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq etməli olduqlarını vurğulayıb:
“Biz şirin su ehtiyatlarını necə qorumaq, ondan daha səmərəli istifadə etmək və hər bir cəmiyyətin, xüsusilə də əlverişsiz yerdə yaşayan insanların şirin suya necə çıxış əldə edə biləcəyi barədə köklü şəkildə düşünməliyik".
Roza
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş