Meloni qaçqınları bu üsulla Avropadan göndərəcək: Yeni formul təqdim edildi
Bizi izləyin

Dünya

Meloni qaçqınları bu üsulla Avropadan göndərəcək: Yeni formul təqdim edildi

İtaliyanın baş naziri Corca Meloni Almaniyanın keçmiş kansleri Angela Merkel kimi immiqrasiya məsələsində oynaq mövqe tutmağa başlayıb. Albaniya ilə qaçqın müqaviləsi bağlayan Meloni bu dəfə Aİ-nin suriyalı qaçqınları geri göndərmək üçün Bəşər Əsəd siyasətini gözdən keçirməsini təklif edir. Məsələ bugünkü Aİ sammitində də gündəmə gələ bilər.

Publika.az xəbər verir ki, Albaniya ilə mühacir razılaşması ilə miqrasiya probleminin öhdəsindən gələ bilməyən Aİ-yə yeni formul təklif edən Corca Meloninin Bəşər Əsədin liderliyində Suriyaya yanaşması da müzakirələri alovlandıra bilər.

Meloni bu gün başlayacaq Aİ Sammitində məsələni gündəmə gətirməsi və daha sonra da gündəmdə saxlaması ehtimalı yüksəkdir. Suriya ilə bağlı konkret addımlar atmaqda qərarlı olan və 12 ildən sonra Dəməşqə səfir təyin edən İtaliya 2017-ci ildən bəri yenilənməmiş Suriya strategiyasına yenidən baxılması çağırışı edib.

Bu kontekstdə iyul ayında İtaliya və 7 Aİ ölkəsi (Avstriya, Çexiya, Xorvatiya, Cənubi Kipr, Slovakiya, Sloveniya və Yunanıstan) bu tələbi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrelə çatdırıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm