Dərsdən tez çıxmaq istəyən şagird məktəbdə yanğın törətdi
Bizi izləyin

Dünya

Dərsdən tez çıxmaq istəyən şagird məktəbdə yanğın törətdi

Malmödə məktəbi vaxtından tez tərk etmək istəyən şagird tualetdə yanğın törədib.

Publika.az xəbər verir ki, məktəb dəhlizləri tüstü ilə dolduğundan bina boşaldılıb.

İlkin hesablamalara görə, dəyən ziyan təqribən 500 min dollar təşkil edəcək.

Bir neçə nəfər boğulmamaq üçün binanı pəncərələrdən tərk etmək məcburiyyətində qalıb, tüstüdən zəhərləndiyi üçün iki müəllimə tibbi yardım göstərilib. Heç kim ciddi xəsarət almayıb, lakin binaya böyük ziyan dəyib və məktəb distant təhsilə keçmək məcburiyyətində qalıb.

Yanğın törətməkdə ittiham olunan şagirdi 2 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Dindirmə zamanı o, səbəbin yanğın siqnalını işə salmaq istəyi olduğunu etiraf edib.

“Cümə axşamı dərslər çox gec bitir, ona görə də o gün evə getmək istəyirdik. Lakin bu, əlbəttə ki, heç də yaxşı fikir deyildi", - deyə o etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm