İraq şiələri Səudiyyə Ərəbistanı telekanalına basqın etdilər - VİDEO
Bizi izləyin

Dünya

İraq şiələri Səudiyyə Ərəbistanı telekanalına basqın etdilər - VİDEO

İraqın paytaxtı Bağdadda şiə milis strukturlarına dəstək verən qrup Səudiyyə Ərəbistanının MBC telekanalının binasına basqın edib.

Publika.az xəbər verir ki, kanalın şiə milislərini hədəf aldığı iddia edilib.

Yayıma etiraz edən qrup binaya basqın edərək bəzi əşyalara ziyan vurub. Qrup binanın bayır qapısını da yandırıb.

Şiə milis qruplarına yaxın olan millət vəkili Mustafa Sened məsələnin kanalın yandırılması ilə bitməyəcəyini bildirib.

O, kanalın İraqda yayım lisenziyasının əlindən alınması üçün şikayət edəcəyini də qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm