Dünya
İran rəsmisi Livanın qəzəbinə səbəb oldu - Səfirdən izahat tələb edildi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Fransa qəzetində dərc edilən və Livan hökumətindən reaksiya alan açıqlamalarından sonra Qalibafın ofisinə yaxın bir mənbə sözügedən ifadələrin düzgün çatdırılmadığını ifadə edib.
Publika.az xəbər verir ki, İran mətbuatına açıqlama verən mənbə Fransanın “Le Figaro” qəzetinin Qalibafla bağlı açıqlamalarının əsassız olduğunu bildirib.
O qeyd edib ki, Qalibaf yalnız Livan hökuməti və müqavimət qüvvələri tərəfindən təsdiqlənmiş istənilən atəşkəs razılaşmasına İranın dəstəyini ifadə edib.
Mənbə Qalibafın müsahibəsindəki "Atəşkəslə bağlı Livan hökuməti və müqavimətinin qəbul etdiyi hər şeyi İran da qəbul edəcək” sözlərini vurğulayıb.
"Avropa ilə danışıqlarla bağlı bəyanatların məqsədi Livanda atəşkəs razılaşmasına kömək etməkdir" - , deyə mənbə bildirib.
Qeyd edək ki, Qalibaf Fransanın “Le Figaro” qəzetinin dərc etdiyi müsahibədə müxbirin “BMT-nin 1701 saylı qətnaməsinin icrası ilə bağlı Fransa ilə danışıqlara hazırsınızmı?” sualına “Biz Avropa və Fransa ilə görüşməyə hazırıq” cavabını verib.
Livanın baş naziri Nəcib Mikati isə sözügedən bəyanatı "Livanın milli suverenliyinə müdaxilə" kimi qiymətləndirib. Mikati xarici işlər naziri Abdullah Buhabibə İranın Beyrutdakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırmağı və Qalibafın sözləri ilə bağlı izahat istəməyi tapşırıb.
Roza
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO