Sinvarın həyat yoldaşı bunkerə sığınıb: 32 min dollarlıq çantası ilə... - VİDEO
Bizi izləyin

Dünya

Sinvarın həyat yoldaşı bunkerə sığınıb: 32 min dollarlıq çantası ilə... - VİDEO

İsrail ordusu bir neçə gün öncə öldürülən HƏMAS Siyasi Bürosu rəhbəri Yəhya Sinvarın və ailəsinin bunkerə sığındığı anları göstərən video yayımlayıb.

Publika.az xəbər verir ki, video HƏMAS-ın təhlükəsizlik kamerası tərəfindən 6 oktyabr 2023-cü ildə hərəkatın İsrailə böyük hücumu ərəfəsində çəkilib. Videoda Sinvarın həyat yoldaşı və üç uşağı ilə tuneldən keçərək bunkerə girdiyi görünür. Qadının əlində "Hermes Birkin Black Togo" çantası seçilir. Çantanın qiyməti təxminən 32 min dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm