"Bu, bizim taleyimizi müəyyənləşdirəcək" - Maya Sandu
Bizi izləyin

Dünya

"Bu, bizim taleyimizi müəyyənləşdirəcək" - Maya Sandu

Yeni mandat uğrunda mübarizə aparan Moldova Prezidenti Maya Sandu səsvermə hüququndan istifadə edib.

Publika.az xəbər verir ki, Maya Sandu vətəndaşlara da müraciət edib.

“Əziz vətəndaşlar, referendumda fəal iştirak edin. Bu bazar günü ölkəmiz üçün iki mühüm qərar qəbul edirik. İki bülleten götürün. Referendum səsverməsi bizim gələcək onilliklər üçün taleyimizi müəyyən edəcək. Hörmətli diaspor üzvləri, səs verin ki, vətəndə olanlar rahat yaşasınlar. Mən ona görə səs verdim ki, moldovalılar öz müqəddəratını təyin etməlidirlər. Mən Moldovanın sülh və azadlıq şəraitində inkişaf etməsinə, layiq olduğu gələcəyi qurmasına səs verdim”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Moldova Respublikasında bazar günü prezident seçkiləri və ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı Konstitusiya referendumu keçirilir. Səsvermə proseduru saat 7:00-da başlayıb və 21:00-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm