Çində demoqrafik problem: kişilər rus qadınlarla evlənəcək
Bizi izləyin

Dünya

Çində demoqrafik problem: kişilər rus qadınlarla evlənəcək

Çinin üzləşdiyi ciddi demoqrafik problemlər fonunda çinli kişilər başqa ölkələrdə arvad axtarırlar.

Publika.az "South China Morning Post"a (SCMP) istinadən xəbər verir ki, bu barədə Xiamen Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Dinq Çanqfa bildirib.

Məqalədə deyilir ki, Çin hazırda 1970-ci illərin sonlarında ölkədə tətbiq edilən “bir ailə, bir uşaq” siyasəti nəticəsində yaranan gender balanssızlığı və əhalinin qocalması problemi ilə üzləşir. Bu konsepsiyaya əsasən, şəhər ailələrinə yalnız bir uşaq, kəndlərdə isə ilk uşaq qız olarsa, iki uşaq dünyaya gətirməyə icazə verilirdi. 2020-ci ilin siyahıyaalınmasına əsasən, Çində kişilərin sayı qadınlardan 34,9 milyon nəfər çoxdur.

Bu problemi həll etmək üçün çinli professor Dinq Çanqfa əcnəbilərlə, xüsusən də Rusiya, Kamboca, Vyetnam və Pakistandan olan qadınlarla nikahları təşviq etməyi təklif edib.

Çinin kəndlərində təxminən 34,9 milyon kişi var ki, onlar evlilik üçün 500,000 - 600,000 yuan (70,000-84 min dollar) arasında mənzil, avtomobil və gəlin qiymətləri təmin etmək üçün təzyiqlə üzləşə bilər. Onun fikrincə, bu problemin həlli “xeyli sayda xaricdən uyğun gənc qadınların cəlb edilməsini tələb edə bilər”.

Xatırladaq ki, iyun ayında Çinin Mülki İdarəetmə Nazirliyi bildirmişdi ki, 2022-ci ildə əhalinin sayı 1,4 milyard olan ölkədə 7 milyondan bir qədər az rəsmi nikah bağlanıb ki, bu da son 37 ildə rekord aşağı göstəricidir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm