Dünya
Dünyanın ən zəngin adamı siyasətin mərkəzində: Bəşəriyyət təhlükədədir
240 milyard dollardan çox sərvətə malik planetin ən varlı adamı İlon Mask 5 noyabr seçkilərində respublikaçı Donald Trampı fəal şəkildə dəstəkləyir. Bəs Mask niyə siyasətə bu qədər qarışır?
Publika.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Gürkan Emre Melikoğlu yazdığı məqaləsində bu barədə ətraflı şərhlərə yer verib.
Onun sözlərinə görə, İlon Mask sonsuza qədər kəskin və mübahisəli açıqlamaları ilə gündəmdə olan iş adamıdır. Lakin onun bu yaxınlarda ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı dəstəklədiyini bəyan etməsi, seçki kampaniyasına 75 milyon dollar ayırması və mitinqlərə qatılması xüsusi diqqət çəkir.
Hər masada o da var
“Mask son illərdə siyasi mövzularda fikirləri ilə gündəmə gəlməyə başlayıb. O, Rusiyanın maraqlarını önə çəkən və Ukraynanı müharibənin əvvəlində təchiz etdiyi "Starlink" peyklərinin əlaqəsini kəsməklə hədələyən sülh sazişi təklifini təqdim etdi. O, həmçinin Argentinanın ifrat sağçı lideri Xavier Milei və Braziliyanın keçmiş populist prezidenti Jair Bolsonaro kimi mübahisəli isimlərlə yaxın əlaqələr qurub. “X”-in də satın alınması ilə sosial mediada paylaşımlarının sayı iki dəfə artıb”, - deyə yazar bildirib.
Xilaskar görünüş
Melikoğlu bildirir ki, Maskın Marsda koloniyalar qurmaq, insan beyninə çip yerləşdirməklə xəstəlikləri müalicə etmək, bir çox işi insanabənzər robotlara və süni intellektə ötürmək kimi ideyaları onu insanların gözündə “bəşəriyyətin xilaskarı” edir: "Mask ABŞ-da əlverişsiz sosial qruplara qarşı müsbət ayrı-seçkiliyi hədəfləyən "woke" mədəniyyətini pisləyir və bunun "ağıl virusu" olduğunu müdafiə edir. Mask bu fikirdədir ki, sözügedən hərəkat aqressiv xarakteri ilə azadlıqları məhdudlaşdırır".
Sivilizasiya təhlükədədir
“Onun bir çox ardıcılları hesab edir ki, Mask sivilizasiyaya töhfə vermək məqsədi daşıyır və bu ideyaları daha effektiv şəkildə həyata keçirmək üçün siyasətdə təsir dairəsi yaratmağa çalışır. Mask həmçinin siyasətə ABŞ-ın və sivilizasiyanın gələcəyi təhlükə altında olduğu üçün girdiyini iddia edir”, - deyə yazar bildirir.
Digər tərəfdən, “The Economist” yazarı Henri Triks və “The Atlantic” analitiki Franklin Foer milyarderin siyasətdəki effektivliyini daha çox sektorda rəqibsiz olmaq istəyi ilə əlaqələndirirlər.
Məlikoğlu qeyd edir ki, Maskın kampaniyasının Amerikada keçiriləcək seçki qaydalarını poza bilməsi də mümkündür: “Çılğın fikirləri və qeyri-adi siyasətə qarışması ilə dünya gündəmini zəbt edən Mask, Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə diqqəti cəlb etməyə davam edəcək”.
Roza Şəfiyeva
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi
-
Maraq dünyası09:18
Yaşlandıqca, daha da gözəlləşən bürc