Dünya
“Trami” 81 nəfərin ölümünə səbəb oldu
Filippində “Trami” tropik qasırğası səbəbindən ölənlərin sayı 81-ə çatıb, ən azı 20 nəfər itkin düşüb.
Publika.az xəbər verir ki, həftə ərzində “Trami”nin gətirdiyi şiddətli yağış kütləvi daşqın və torpaq sürüşmələrinə səbəb olub. Ən çox ölüm Batanqas əyalətində (47) və Bikol regionunda (28) qeydə alınıb. Bundan başqa, infrastruktura, evlərə, kommunikasiya xətlərinə, avtomobillərə ciddi ziyan dəyib. Bir neçə hava limanında yüzlərlə uçuş təxirə salınıb. Hazırda təbii fəlakət bölgəsində itkin düşənlərin axtarışları və fəsadların aradan qaldırılması işləri aparılır.
Qeyd edək ki, “Trami” bu il Filippini vuran 11-ci qasırğadır. Ölkənin təbii fəlakətlərlə mübarizə mərkəzi 15 region üzrə 2,6 milyon nəfərin qasırğanın fəsadlarından təsirləndiyini, 320 min nəfərin daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO