Putin Türkiyəyə gedən rus qızlarına görə narahatdır - FOTO
Bizi izləyin

Dünya

Putin Türkiyəyə gedən rus qızlarına görə narahatdır - FOTO

Putin Türkiyəyə gedən 4 milyon rusa görə narahatdır

Rusiya prezidenti Vladimir Putin hər il Türkiyəyə gedən 4 milyon rusiyalı turistin Soçiyə yöndərilməsini istəyib.

Türkiyə mediası xəbər verir ki, Putin 2014 Qış Olimpia Oyunlarının həyata keçirilməsində məsuliyyət daşıayanlara bildirib ki, bununla bağlı ciddi addmlar atılmalıdır.

1980-ci illərdə SSRİ-nin Soçi ilə bağlı planlarından danışan Rusiya dövlətinin başçısı deyib ki, SSRİ bu layihəni gerçəkləşdirə bilmədi: “Bu layihəni bu gün biz gerçəkləşdirdik. Olimpiya oyunları Böyük Soçinin bir daha tanıdılması üçün bir vəsilə oldu”.

Bölgədə çox sayda otelin tikildiyini qeyd edən Rusiya prezidenti burada xidmətin də Beynəlxalq və Avropa standartlarında olduğuna da işarə vurub.

Rusiyalı turistlərin bu bölgəyə yönəldilməsi üçün bütün imkanların olduğunu deyən Putin ötən il rus turistlərin rekord sayda-4 milyon-Türkiyədə dincəldiklərini də bildirib və bundan narahatçılığını gizlətməyib.

Türkiyə ilə ölkəsinin münasibətlərinə toxunan Putin, “Türkiyədə Allaha şükür ki, istikrarlı durum var deyib”.

Buna baxmayaraq o bir daha Türkiyəyə gedən rus turistlərə səslənib: “Öz topraqlarımızda istirahət etməniz üçün bütün şərait yaradılacaq”.

Modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm