İsrail təyyarələri Livana zərbələr endirdi
Bizi izləyin

Dünya

İsrail təyyarələri Livana zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şimal-şərqində yerləşən şəhər və qəsəbələrə intensiv hava hücumları həyata keçirib.

Publika.az xəbər verir ki, Baalbek və Hermel yaxınlığında yerləşən 20-dən çox yaşayış məntəqəsinə, o cümlədən Britel, Duris, Sarin və Şimstar şəhərlərinə aviazərbələr endirilib.

Budai kəndindən daxil olan məlumata görə, hava hücumları nəticəsində altı nəfərlik bir ailə həlak olub.

Livan Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin son 24 saat ərzində endirdiyi hava zərbələri nəticəsində 38 vətəndaş həyatını itirib, daha 124 nəfər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm